İsrail ordusu SEPAH qərargahını vurub
İsrail ordusu Tehrandakı SEPAH qərargahına hava zərbələri endirdiyini açıqlayıb.
"Stabil.az" xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Hücumların hədəfi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qərargahı olub. Ordu bildirir ki, zərbələr xüsusilə Tehrandakı Baş Qərargah və Hərbi Hava Qüvvələri Qərargahındakı əsas infrastruktur obyektlərini hədəf alıb.
Bundan əlavə, İsrail təyyarələri eyni vaxtda İsrailə raket atmaq üçün hazırlanmış ballistik raketlər və onların buraxılış qurğularının yerləşdiyi anbara hücum edib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





