İsrail ordusu Quma planlaşdırılan hava hücumları ilə bağlı iranlılara xəbərdarlıq edib
İsrail Müdafiə Ordusu planlaşdırılan hava zərbələri ərəfəsində Tehranın cənubunda yerləşən Qum şəhərində sənaye zonası yaxınlığında yaşayan iranlılara xəbərdarlıq edib.
"Stabil.az"ın məlumatına görə, bu barədə İsrail Ordusunun nümayəndəsi Kamal Penhasinin fars dilində verdiyi bəyanatda deyilir.
"Sənaye zonasında olan bütün şəxslərə təcili xəbərdarlıq. Yaxın saatlarda ordumuz İran rejiminin hərbi infrastrukturuna zərbələr endirmək məqsədilə bu ərazidə fəaliyyət göstərəcək", - məlumatda qeyd edilib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





