İsrail ordusu Livanın cənubunda “Hizbullah”ın iki dronunu zərərsizləşdirib
İsrail Müdafiə Ordusu (IDF) Livanın cənubunda əməliyyat keçirən bölmələrinə qarşı yönəlmiş iki şübhəli hava hədəfinin (kamikadze dron) hava hücumundan müdafiə sistemləri vasitəsilə ələ keçirildiyini açıqlayıb.
"Stabil.az" xəbər verir ki, bu barədə ordunun məlumatında bildirilib.
"Bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda ordunun hərbçilərinin fəaliyyət göstərdiyi ərazidə aşkar edilən iki şübhəli hava hədəfini ələ keçirib", - məlumatda qeyd olunub.
Mətbuat xidmətindən həmçinin bildirilib ki, Livanın cənubunda İsrail hərbçiləri "Hizbullah" hərəkatı tərəfindən bir neçə kamikadze dronunun buraxıldığını qeydə alıblar. Pilotsuz uçuş aparatları İsrail Müdafiə Ordusunun hərbçilərinin fəaliyyət göstərdiyi ərazinin yaxınlığında partlayıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





