İsrail ordusu Livanda “Hizbullah” mövqelərini vurub
25 Aprel 2026 16:22   Paylaş

İsrail Müdafiə Ordusu Livanın cənubundakı üç rayonda- Dir-əz-Zəhrani, Kfar-Reman və Əl-Samiyədə “Hizbullah”a məxsus raket buraxılış qurğularına zərbələr endirib.

"Stabil.az" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Hərbçilərin açıqlamasına görə, vurulan mövqelər İsrail Müdafiə Ordusu və vətəndaşlar üçün birbaşa təhlükə yaradırdı. Qeyd olunur ki, zərbələr sərhədyanı zonada potensial təhlükələrin aradan qaldırılmasına yönəlmiş davam edən fəaliyyətlər çərçivəsində endirilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol