İsrail ordusu Beyrutda “Hizbullah”ın kəşfiyyat qərargahını hədəfə alıb
4 Mart 2026 16:46   Paylaş

Son 24 saatda İsrail Müdafiə Ordusu Beyrutda “Hizbullah”a məxsus komanda məntəqələri və kəşfiyyat qərargahına zərbələr endirib.

"Stabil.az" xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

"Son sutka ərzində İsrail ordusu Beyrutda "Hizbullah"ın infrastrukturuna silsilə zərbələr endirib. Hücumların hədəfi yeraltı silah anbarı və əlavə komanda məntəqələri olub. Həmçinin "Hizbullah"ın hücumlar, kəşfiyyat məlumatlarının toplanması və təbliğat üçün istifadə etdiyi obyekt vurulub", - məlumatda bildirilib.

Qeyd olunub ki, bu addımlar İsraili və onun vətəndaşlarını "Hizbullah" tərəfindən gələn təhdidlərdən qorumağa yönəlib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol