İsrail Livanın cənubunda hərbi əməliyyata başlayıb
16 Mart 2026 11:28   Paylaş

İsrail Müdafiə Ordusu “Hizbullah”a qarşı mübarizə üçün Livanın cənubunda məhdud hərbi əməliyyat həyata keçirdiyini açıqlayıb.

"Stabil.az"ın məlumatına görə, bu barədə ordunun mətbuat xidmətinin rəsmi məlumatında bildirilib.

"İsrail Müdafiə Ordusunun qoşunları Livanın cənubunda "Hizbullah"ın məntəqələrinə qarşı məhdud və məqsədyönlü quru əməliyyatlarına başlayıb", - məlumatda qeyd olunub.

Mətbuat xidmətindən bildirilib ki, əməliyyat Livanın cənub bölgəsində fəaliyyət göstərən qruplaşmanın infrastrukturunun məhv edilməsi üzrə tədbirlərin bir hissəsidir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol