İsrail Livanda Hizbullahın 10-a yaxın obyektinə zərbə endirib
3 İyul 2026 17:28   Paylaş

İsrail Livanın cənubunda "Hizbullah" hərəkatına məxsus 10-a yaxın obyektə hücum həyata keçirib.

"Stabil.az" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun məlumatında bildirilib.

"Hizbullah" tərəfindən razılaşmanın davamlı olaraq pozulmasına və təhlükəsizlik zonasında İsrail ordusunun əsgərlərinə hücumlara cavab olaraq, dünən (iyulun 2-si) İsrail Müdafiə Ordusu Livanın cənubundakı Bint-Cübeyl, Beyt-Yəhun, Kunin və Braaçit rayonlarında "Hizbullah"ın 10-a yaxın infrastruktur obyektinə dəqiq zərbələr endirib", - məlumatda qeyd olunub.

Həmçinin bildirilir ki, hücuma məruz qalan infrastruktur obyektlərindən "Hizbullah" tərəfindən təhlükəsizlik zonasında fəaliyyət göstərən İsrail ordusunun əsgərlərinə qarşı zərbələr endirmək üçün istifadə olunub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol