İsrail-Livan danışıqlarının növbəti raundu Romada keçiriləcək
İsrail və Livan arasında növbəti danışıqlar mərhələsinin avqustun 4–6-da Romada keçirilməsi planlaşdırılır.
"Stabil.az"ın məlumatına görə, bu barədə "Axios" portalının müxbiri Barak Ravid "X" sosial şəbəkə hesabında ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadən məlumat verib.
Onun sözlərinə görə, tərəflər ABŞ-nin iştirakı ilə Livanın cənubunda İsrail qoşunlarının yenidən yerləşdirilməsi prosesinin genişləndirilməsini, eləcə də quru sərhədi ilə bağlı mübahisələrin həllini müzakirə edəcəklər.
ABŞ Dövlət Departamentində bildirilib ki, məsləhətləşmələr əvvəllər imzalanmış çərçivə sazişinin icrasına yönəldiləcək. Saziş yeni "pilot zonaların" yaradılmasını, İsrail qoşunlarının çıxarılmasını, sərhəd məsələləri üzrə fikir ayrılıqlarının həllini, hərtərəfli sülh və təhlükəsizlik sazişinin hazırlanmasını nəzərdə tutur.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





