İsrail “Kerem Şalom” sərhəd-keçidi humanitar yardımlar üçün yenidən açıb
İsrail humanitar yardımların Qəzzaya çatdırılması məqsədilə “Kerem Şalom” sərhədini açıb.
"Stabil.az" ölkənin TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə İsrailin Ərazilərdə Hökumət Fəaliyyətləri üzrə Koordinatorluğu məlumat yayıb. Bildirilib ki, təhlükəsizlik qiymətləndirilməsindən sonra qəbul edilən qərara əsasən, yardımın mərhələli şəkildə Qəzzaya daxil olması nəzərdə tutulur.
Keçid ciddi təhlükəsizlik tədbirləri altında fəaliyyət göstərəcək.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





