İsrael Kats: İran Təhlükəsizlik Şurasının katibi Əli Laricani öldürülüb
17 Mart 2026 13:35   17 Mar 2026 14:48 Paylaş

İran Təhlükəsizlik Şurasının katibi Əli Laricani İsrail Hərbi Hava Qüvvələrinin ölkəyə qarşı həyata əməliyyatı zamanı öldürülüb.

“Stabil.az” İsrail KİV-inə istinadən xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Kats bildirib.

“Baş qərargah rəisi məni Milli Təhlükəsizlik Şurasının katibi Laricaninin və “Bəsic”in rəhbərinin öldürüldüyü barədə məlumatlandırıb”, - KİV-lər Katsın sözlərini sitat gətirib.

Daha əvvəl İran KİV-ləri məlumat yaymışdı ki, Laricaninin İsrailin hədəfi olduğuna dair xəbərlərdən sonra müraciəti yayımlanacaq.

Qeyd edək ki, Əli Laricani Ali Milli Təhlükəsizlik Şurasının katibi və fevralın 28-də öldürülmüş İranın ali lideri Əli Xameneinin müşaviri olub, nüvə proqramı və xarici siyasət üzrə danışıqlarda əsas rol oynayıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol