İspaniyada miqrantlara dair yeni leqallaşdırma qərarı təsdiqlənib
İspaniyanın Nazirlər Şurası minlərlə miqrantın leqallaşdırılmasına yönəlmiş fərmanı təsdiqləyib və təşəbbüsün 500 minə yaxın şəxsi əhatə edə biləcəyi açıqlanıb.
"Stabil.az" xəbər verir ki, bu barədə İspaniya hökumətinin nümayəndəsi Elma Sais mətbuat konfransında deyib. Onun sözlərinə görə, bundan 2026-cı il yanvarın 1-dək İspaniyaya gələn miqrantlar faydalana biləcəklər. Müvafiq sənəd almaq istəyən şəxs azı beş ay ölkədə fasiləsiz yaşamalı, cinayətdə iştirak etməməli, ictimai asayişə və təhlükəsizliyə təhdid törətməməlidir.
Qeyd edək ki, 2022-ci ildə “Esensiales” İspaniyada yarım milyonadək miqrantın leqallaşdırılmasını dəstəkləyən təxminən 700 min insanın imzasını toplayıb. Təşkilat artıq ölkədə yaşayan və işləyən təxminən yarım milyon əcnəbinin əmək hüquqlarına, mənzilə, tibbi sığortaya və digər əsas ehtiyaclara çıxış üçün lazım olan sənədləri almasının vacibliyini müdafiə edir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





