İspaniyada Konqo–Çili yoldaşlıq oyunu ləğv edilib
3 İyun 2026 18:46   Paylaş

İspaniyanın La Linea şəhərində 9 iyunda keçirilməsi planlaşdırılan Konqo Demokratik Respublikası və Çili arasında yoldaşlıq oyunu ləğv olunub.

"Stabil.az" xarici KİV-ə istinadən xəbər verir ki, qərarı şəhərin meri Xuan Franko qəbul edib və o, Ebola virusu ilə bağlı ciddi narahatlıqlara görə matçı qadağan edib.

O, qərarın sırf profilaktik xarakter daşıdığını və Əndəlüsdəki regional səhiyyə xidmətlərinin tövsiyələrinə əsaslandığını bildirib. Səhiyyə mütəxəssisləri də potensial ictimai sağlamlıq risklərini əsas gətirərək matça etiraz ediblər.

Qeyd olunub ki, Konqo Demokratik Respublikası Milli Komandası bu yaxınlarda ölkədəki infeksiya vəziyyəti ilə əlaqədar məşq cədvəlini dəyişdirib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol