İspaniyada ekstremal istilər 3 800-dən çox insanın ölümünə səbəb olub
27 İyul 2026 16:27   Paylaş

İspaniyada 2026-cı ilin əvvəlindən etibarən ekstremal istilər nəticəsində 3 800-dən çox insan həyatını itirib.

"Stabil.az" xəbər verir ki, bu barədə ölkənin Baş naziri Pedro Sançes İqlim Sığınacaqları Şəbəkəsinin təqdimatında çıxışı zamanı açıqlama verib.

O, ekstremal hava hadisələrinin insanların həyatı üçün yaratdığı təhlükənin getdikcə artdığını vurğulayıb və bildirib ki, hökumət iqlim böhranının təsirlərini azaltmaq üçün tədbirləri gücləndirəcək.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol