İspaniya Seutada miqrant uşaqlara dəstək üçün 25 milyon avro ayıracaq
4 Avqust 2026 17:37   Paylaş

İspaniya hökuməti miqrasiya böhranı fonunda müşayiətsiz şəkildə Seutaya gələn miqrant uşaqlara yardım məqsədilə 25 milyon avro vəsait ayıracağını açıqlayıb.

"Stabil.az" EFE agentliyinə istinadən xəbər verir ki, bu barədə brifinq zamanı sosial təminat və miqrasiya naziri Elma Sais bildirib.

"Hökumət 25 milyon avro məbləğində növbədənkənar vəsait ayıracaq. Bu vəsait artıq ayrılmış 5,5 milyon avroya əlavə ediləcək", - o qeyd edib.

Nazirin sözlərinə görə, hökumət bu yolla Seutanın və xüsusilə də "əhalinin ən həssas təbəqələrinin" yanında olduğunu və bundan sonra da olacağını nümayiş etdirir.

Seuta hökumətinin müşaviri Alberto Qaytanın sözlərinə, hazırda şəhərdə 862 miqrant uşaq yerləşdirilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol