İspaniya nəhəngləri Kristian Romero üçün rəqabət aparır
İspaniyanın "Real" və "Barselona" klubları İngiltərənin "Tottenhem" komandasının müdafiəçisi Kristian Romero ilə maraqlanır.
"Stabil.az" xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Madrid təmsilçisi yayda 27 yaşlı müdafiəçini heyətinə qatmaq niyyətindədir.
İspaniyanın "Atletiko" klubu da argentinalı oyunçunu yaxından izləyir.
Qeyd edək ki, 2022-ci ildən London təmsilçisində çıxış edən Romeronun müqaviləsinin müddəti 2029-cu ilin yayınadək qüvvədədir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





