İspaniya hökuməti İrandakı səfirliyinin fəaliyyətini bərpa edir
İspaniya İrandakı səfirliyini yenidən açaraq diplomatik fəaliyyətini bərpa edir.
"Stabil.az" xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər naziri Jose Manuel Albares bildirib.
Məlumata görə, bu qərar ABŞ və İran arasında əldə olunan atəşkəsdən sonra verilib.
Nazirin sözlərinə görə, səfirliyin fəaliyyətinin bərpası regionda diplomatik səylərin və sabitliyin gücləndirilməsinə yönəlib.
Qeyd edək ki, İspaniyanın İrandakı səfirliyi mart ayında müharibə səbəbi ilə bağlanıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





