İspaniya Baş naziri Pedro Sançez Çinə səfər edəcək
Aprelin 11-15-də Pedro Sançez Çin Dövlət Şurasının Sədri Li Çianın dəvəti ilə Çində səfərdə olacaq.
"Stabil.az" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmisi Mao Nin media brifinqində məlumat verib. Bildirib ki, Çin Baş nazir Pedro Sançezin Çinə səfərini strateji qarşılıqlı etimadı daha da dərinləşdirmək, mübadilə və əməkdaşlığı intensivləşdirmək, çoxtərəfli koordinasiyanı gücləndirmək və ikitərəfli münasibətləri yeni zirvələrə qaldırmaq üçün bir fürsət kimi qəbul edir.
Səfər zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpin başda olmaqla Çin rəsmiləri ilə görüşlər nəzərdə tutulub.
Ekspertlər hesab edir ki, bu səfər İspaniyanın dünyanın 2-ci ən böyük iqtisadiyyatı olan Çin ilə iqtisadi-ticari əlaqələri genişləndirmək məqsədi daşıyır. Bu, İspaniya Baş nazirinin son 4 ildə Çinə dördüncü səfəri olacaq. Bundan başqa, 18 illik fasilədən sonra İspaniya Kralı VI Felipe də ötən ilin noyabrında Çində səfərdə olub.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




