İsmayıl Bəqayi: İran ABŞ-nin 14 maddəlik sülh təklifini nəzərdən keçirir
6 May 2026 15:04   Paylaş

Rəsmi Tehran ABŞ tərəfindən irəli sürülən və 14 bənddən ibarət olan yeni sülh təklifini nəzərdən keçirir.

"Stabil.az" CNBC-yə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

Onun sözlərinə görə, İran hazırda ABŞ-ın bir səhifə və 14 maddəlik sülh təklifini dəyərləndirir.

Qeyd edək ki, “Axios”un xəbərinə görə, ABŞ-la İran müharibənin dayandırılması və nüvə proqramı üzrə danışıqların çərçivəsini müəyyən edən bir səhifəlik anlaşma memorandumunu imzalamağa yaxındır. Məlumata görə, Ağ Ev İranın növbəti 48 saat ərzində təklifə cavab verməsini gözləyir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol