İslam Zirvə Konfransının 16-cı Sessiyasına Azərbaycan ev sahibliyi edəcək
İslam Zirvə Konfransının 16-cı Sessiyasının 2027-ci ildə Azərbaycanda keçirilməsi nəzərdə tutulub.
"Stabil.az" xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının iştirakçılarına ünvanladığı müraciətdə qeyd olunub.
Dövlət başçısı müraciətində həmçinin İƏT-də Sədrliyin Azərbaycana keçəcəyini də vurğulayıb:
"2027-ci ildə Azərbaycanda İslam Zirvə Konfransının 16-cı Sessiyası keçiriləcək və ölkəmiz İƏT-də Sədrliyi öz üzərinə götürəcək. Sədrliyimiz dövründə üzv dövlətlərin ümumi maraqlarının təşviqi, təşkilat çərçivəsində əməkdaşlığın dərinləşməsi, İslam həmrəyliyinin möhkəmləndirilməsi və böyük gücə çevrilməsi məqsədilə birgə səylərin səfərbər olunması üçün əlimizdən gələni əsirgəməyəcəyik".
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





