İrlandiyadan Ukraynaya 40 milyon avro humanitar yardım ayırılıb
1 Aprel 2026 16:44   Paylaş

İrlandiyanın xarici işlər, ticarət və müdafiə naziri Helen Makenni Kiyevə ilk səfəri zamanı Ukraynaya əlavə 40 milyon avro humanitar yardım ayrıldığını açıqlayıb.

"Stabil.az"ın Ukrayna KİV-ə istinadən verdiyi məlumata görə, o, bu barədə ukraynalı həmkarı Andrey Sibiqa ilə mətbuat konfransında bildirib.

"Ukraynada humanitar yardım və sabitləşmənin dəstəklənməsi üçün əlavə 40 milyon avro ayrıldığını bildirməkdən məmnunam", – A.Sibiqa qeyd edib.

Beləliklə, bu il İrlandiyanın humanitar yardım və dəstəyinin ümumi həcmi 65 milyon avro təşkil edəcək.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol