IRENA Azərbaycanda enerji keçidi forumunu təşkil edir
Bu ilin iyun ayında Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) Azərbaycanda enerji keçidi üzrə illik investisiya forumu təşkil edəcək.
“Stabil.az” xəbər verir ki, bu barədə IRENA-nın baş direktoru Françesko La Kamera ADA Universitetində Beynəlxalq Təmiz Enerji Günü münasibətilə keçirilən dəyirmi masada məlumat verib.
Baş direktor bildirib ki, forum Mərkəzi Asiya üçün enerji keçidi mövzusunda keçiriləcək və investisiya və maliyyə platformaları vasitəsilə bərpa olunan enerji sahəsində layihələrin dəstəklənməsi və investisiya çatışmazlığının aradan qaldırılması məqsədi daşıyır.
“La Kamera qeyd edib ki, forum vasitəsilə bərpa olunan enerji sahəsində əhəmiyyətli layihələr irəli aparılacaq və tərəfdaşlarla birgə əməkdaşlıq gücləndiriləcək,” – məlumatda bildirilib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





