İraqda hərbi bazaya PUA hücumu: fransız hərbçi ölüb
13 Mart 2026 09:57   Paylaş

İraq Kürdüstanının Ərbil şəhərində hərbi bazaya edilən PUA hücumu Fransa ordusunun bir hərbçisinin ölümü ilə nəticələnib.

"Stabil.az" xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron "X" hesabında yazıb.

"Millətin minnətdarlığını və həmrəyliyini onun ailəsinə və silahdaşlarına bildirmək istəyirəm. Bir neçə hərbçimiz yaralanıb", - deyə o əlavə edib.

Fransa prezidenti hücumu qəbuledilməz adlandırıb. O bildirib ki, Fransa qoşunları bölgədə yalnız terrorizmlə mübarizə aparmaq üçündür.

Qeyd edək ki, ölən hərbçi VII Alp atış batalyonunun adyutant-rəisi Arnaud Frion olub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol