İranın XİN rəhbərinin müavini Kazım Qəribabadi ABŞ-İran razılaşmasını təsdiqləyib
15 İyun 2026 10:10   15 Jun 2026 12:14 Paylaş

İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi ABŞ ilə razılaşmanın imzalanması barədə məlumatı təsdiqləyib.

"Stabil.az" bu barədə "Tasnim" agentliyinə istinadən məlumat verir.

XİN rəsmisinin sözlərinə görə, anlaşma memorandumunun mətni yekunlaşdırılıb, rəsmi imzalanma cümə günü İsveçrədə baş tutacaq.

K.Qəribabadi həmçinin bildirib ki, iyunun 15-də ABŞ-nin İrana qarşı dəniz blokadasının başa çatması, Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi hərəkətlərin, əməliyyatların dərhal və daimi dayandırılması elan olunacaq.

Amerika Prezidenti Donald Tramp daha əvvəl ABŞ və İranın müqavilə bağladığını açıqlayıb. O, həmçinin dəniz blokadasının ləğvi əmrini verib və Hörmüz boğazında azad gəmiçiliyin bərpa olunduğunu elan edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol