İranın endirdiyi zərbələr nəticəsində Küveytdə elektrik stansiyası və su infrastrukturu zədələnib
İranın endirdiyi zərbələr nəticəsində Küveytdə elektrik stansiyası ilə yanaşı su şirinləşdirici qurğu da zədələnib.
"Stabil.az" Küveyt mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Elektrik Enerjisi, Su Ehtiyatları və Bərpa Olunan Enerji Nazirliyi məlumat yayıb.
Nazirliyin bəyanatında bildirilib ki, hücum nəticəsində stansiyanın obyektləri zədələnib, yanğın baş verib və enerji istehsal edən qurğular sıradan çıxıb.
Bununla əlaqədar qurum vətəndaşları fövqəladə vəziyyət şəraitində elektrik enerjisindən qənaətlə istifadə etməyə çağırıb. Qeyd edilib ki, əhalinin dəstəyi zədələnmiş infrastrukturun bərpasına kömək edəcək.
Xatırladak ki, İran son günlər ABŞ bazalarının yerləşdiyi Fars körfəzi ölkələrinə zərbələr endirir. Bu zərbələr cavab xarakteri daşıyır, çünki ABŞ İranın infrastrukturunu vurur.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





