İranın Bəndər-Abbas şəhəri və Keşm adası hava zərbələrinə məruz qalıb
30 Mart 2026 10:11   Paylaş

Fars körfəzi sahilində yerləşən Bəndər-Abbas şəhəri və Keşm adası hava zərbələrinə məruz qalıb.

"Stabil.az" xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Məlumata görə, ABŞ və İsrail qüvvələri tərəfindən Bəndər-Abbas limanı və Keşm adasına intensiv hava zərbələri endirilib.

Hücumların nəticələri və mümkün dağıntılar barədə hələlik məlumat verilməyib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol