İrandan Rusiyaya narkotik keçirilməsinin qarşısı alınıb
11 Avqust 2026 17:32   Paylaş

Astara Gömrük İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində 25 kiloqramdan çox qurudulmuş marixuana aşkar edilərək dövriyyədən çıxarılıb.

"Stabil.az" komitəyə istinadən xəbər verir ki, "Astara" gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya "bibər" yükü aparan nəqliyyat vasitəsi, stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə əsaslı yoxlamaya cəlb edilib.

Yoxlama zamanı bibər yüklü yeşiklərin alt hissəsindən üzərləri bibərlə örtülərək gömrük nəzarətindən gizlədilən dördbucaqlı formalı 55 ədəd bağlamada xalis təmiz çəkisi 25 kiloqram 75 qram narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol