İrandan Azərbaycana külli miqdarda narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb
9 İyun 2026 12:34   Paylaş

İrandan Azərbaycana 32 kq narkotik keçirilməsinin qarşısı alınıb.

"Stabil.az" bu barədə Dövlət Sərhəd Xidmətinə istinad məlumat verib.

Bildirilib ki, Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 32 kiloqram 365 qram narkotik vasitə (27 kiloqram 65 qram marixuana, 5 kiloqram 300 qram heroin) və 7200 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol