İranda terrorçuluqda ittiham olunan iki nəfər edam edilib
İran hakimiyyəti müxalif “Mücahidin-e Xalq” təşkilatı ilə əlaqəli hesab olunan iki nəfəri edam edib.
"Stabil.az" xəbər verir ki, bu barədə SNN telekanalı məlumat yayıb.
Onlar partlayıcı qurğuların hazırlanmasında, həmçinin dövlət qurumlarına qarşı qumbaraatanla terror aktlarının törədilməsində təqsirli bilinib.
"İranın Ali Məhkəməsi hökmü təsdiq edib. Martın 31-i səhər məhkumlar edam olunub", - məlumatda qeyd edilib.
Xatırladaq ki, dünən İran mediası "Mücahidin-e Xalq" qruplaşmasının iki üzvünün edamı barədə məlumat vermişdi.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





