İranda Qəşm adasında yerləşən duzsuzlaşdırma zavodu hava hücumu nəticəsində dağıdılıb
31 Mart 2026 16:09   Paylaş

Qəşm adasında yerləşən duzsuzlaşdırma zavodlardan biri hava hücumu nəticəsində yararsız vəziyyətə düşüb.

"Stabil.az" Yaxın Şərq KİV-ə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin nümayəndəsi məlumat yayıb.

Zərbənin endirildiyi tarixi göstərilməyib.

"Qəşm adasında içməli su duzsuzlaşdırma qurğuları vasitəsilə təmin edilir. Onlardan biri hücuma məruz qalıb və tamamilə sıradan çıxarılıb. Onun qısamüddətli perspektivdə təmiri mümkün deyil", - nazirliyin nümayəndəsi bildirib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol