İranda “Mossad”la əməkdaşlıqda təqsirləndirilən iki nəfər edam edilib
İranda İsrailin “Mossad” kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham olunan iki nəfərin edam edildiyi bildirilib.
"Stabil.az" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, xaricdə xüsusi hazırlıq keçmiş məhkumlar "Mossad"la əlaqəli geniş casus şəbəkəsinin iştirakçısı olublar və İran xüsusi xidmət orqanlarının versiyasına görə, İslam Respublikasının ərazisində təxribatlar həyata keçirməyi planlaşdırıblar.
Agentlikdən bildiriblər ki, ölüm hökmü ölkənin ali məhkəməsi tərəfindən təsdiq edilib və icra olunub.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





