İranda Kərbəla zəvvarlarına hücumla bağlı iki İŞİD üzvü edam edilib
24 Yanvar 2026 11:44   Paylaş

İranda Kərbəla ziyarətinə gedən zəvvarları daşıyan avtobusun partladılması ilə bağlı təqsirləndirilən iki İŞİD üzvü edam edilib.

“Stabil.az”ın Tasnim-ə istinadən verdiyi xəbərə görə, bu barədə İranın məhkəmə orqanları məlumat yayıb.

Məlumatda bildirilib ki, Tehranın İlam əyalətində baş verən avtobus partlayışında iştirakda günahlandırılan İŞİD terrorçuları — Rəsulun oğlu Amanç Karavançi və Abdullah oğlu Arslan Şeyxi (Abdürrahman) barəsində çıxarılmış edam hökmü icra edilib.

Xatırladılıb ki, hadisə 2023-cü ildə baş verib və partlayış nəticəsində bir azyaşlı həyatını itirib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol