İranda İsrail casusu edam edilib
28 Yanvar 2026 13:47   Paylaş

İranda İsrailin xeyrinə casusluqda ittiham olunan ölkə vətəndaşı edam edilib.

"Stabil.az" xəbər verir ki, “Mehr” agentliyinin məlumatına görə, Həmid Rza Sabet İsmailpur 2025-ci il aprelin 28-də həbs olunub. O, İsrailin “Mossad” kəşfiyyat xidməti ilə əməkdaşlıq etməkdə ittiham edilirdi. İsmailpurun İsrail kəşfiyyat zabiti ilə əlaqə saxladığı, ona məxfi sənədlər və məlumatlar ötürdüyü bildirilib.

Edam hökmü İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra icra olunub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol