İranda işçiləri daşıyan avtobusa silahlı hücum edilib
16 Fevral 2026 10:33   Paylaş

Zahidan şəhərində naməlum şəxslər mədən işçilərini daşıyan avtobusu odlu silahlardan atəşə tutublar.

"Stabil.az" İran mediasına istinadən xəbər verir ki, silahlı insident nəticəsində iki nəfər həlak olub, daha iki nəfər isə yaralanıb.

Zahidan şəhər polis rəisi hücum edən şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirildiyini bildirib.

Hadisənin motivləri barədə hələlik rəsmi məlumat açıqlanmayıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol