İranda hücumların hazırlanmasında ittiham olunan iki nəfərin edam edilib
4 Aprel 2026 19:26   Paylaş

Ölkə daxilində hücum planlaşdırmaqda ittiham olunan iki nəfər edam edilib.

"Stabil.az" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.

Qeyd olunub ki, məhkum olunanlar Tehranda "Mücahidin-e Xalq" (İran Xalq Mücahidləri Təşkilatı) müxalifət təşkilatı ilə əlaqəli olublar.

Onlar ölkənin Ali Məhkəməsi onlara çıxarılan hökmləri təsdiqlədikdən sonra "dar ağacından asılıblar".

Xatırladaq ki, martın 30-da "Mücahidin-e Xalq" müxalifət təşkilatı ilə əlaqədə ittiham olunan iki nəfər edam edilmişdi.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol