İranda etiraz aksiyalarının ağır nəticələri açıqlanıb
İranda ötən ilin 28 dekabr tarixindən başlayan etiraz aksiyaları zamanı baş verən qarşıdurmalarda ölənlərin sayı 5 800-ü keçib.
"Stabil.az" xəbər verir ki, ABŞ-da yerləşən İran İnsan Haqları Fəalları Xəbər Agentliyinin yaydığı məlumata əsasən, hadisələr nəticəsində 209-u hüquq mühafizə orqanlarının əməkdaşı olmaqla, ümumilikdə 5 848 nəfər həlak olub.
Məlumatda bildirilir ki, ölkənin müxtəlif bölgələrində baş verən etiraz aksiyaları zamanı 41 283 nəfər saxlanılıb.
Qeyd edək ki, İran Şəhidləri və Veteranları Fondu bir neçə gün əvvəl yaydığı açıqlamada etirazlar zamanı baş verən qarşıdurmalarda təhlükəsizlik qüvvələri və mülki şəxslər də daxil olmaqla 3 117 nəfərin həlak olduğunu bildirmişdi.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





