İranda Əli Laricani, Bəsic komandanı və gəmiçilərin dəfn mərasimi keçirilir
18 Mart 2026 14:44   Paylaş

ABŞ və İsrailin hücumları nəticəsində həyatını itirən Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, Bəsic komandanı Qulamrza Süleymani və “Dena” hərbi gəmisinin heyəti üçün İranda dəfn mərasimi keçirilir.

"Stabil.az" xəbər verir ki, məlumatı "Tasnim" agentliyi yayıb.

Bildirilib ki, onlar Tehranda Şəhrəkorddakı İnqilab meydanı, İmamzadəgan ziyarətgahının qarşısında dəfn olunacaq.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol