İranda cəza çəkən 408 əfqan məhbus ölkəsinə göndərilib
İran tərəfi həbsdə olan 408 Əfqanıstan vətəndaşını cəzalarının qalan hissəsini çəkmələri üçün ölkələrinə təhvil verib.
"Stabil.az" xəbər verir ki, bu barədə Əfqanıstan Həbsxanalar İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, məhbuslar İran hakimiyyəti tərəfindən humanitar jest çərçivəsində qərbi Herat əyalətindəki İslam Qala sərhəd-keçid məntəqəsi vasitəsilə Əfqanıstana təhvil verilib.
Bildirilib ki, köçürülmə məhbusların vətənlərinə qayıtmaq istəkləri nəzərə alınmaqla həyata keçirilib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





