İranda casusluqda ittiham edilən şəxsə edam cəzası verilib
21 Aprel 2026 18:56   Paylaş

İranda yanvar etirazları zamanı məscidi yandırmaqda və İsrail kəşfiyyatı ilə əlaqəli şəbəkəyə rəhbərlik etməkdə günahlandırılan şəxs haqqında çıxarılan ölüm hökmü yerinə yetirilib.

"Stabil.az" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə İranın "Mizan" xəbər agentliyi məlumat yayıb.

Əmirəli Mircəfəri Tehranda Kolhak məscidini yandırmaqda və dövlətin təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətin təşkilində təqsirli bilinib.

Ölüm hökmü çərşənbə axşamı səhər saatlarında icra edilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol