İranda ABŞ və İsrailə casusluq edən şəxs edam olundu
11 May 2026 12:44   11 May 2026 14:23 Paylaş

İran ABŞ və İsrail kəşfiyyatına işləməkdə ittiham edilərək məhkum olunan şəxsin edam edildiyini açıqlayıb.

"Stabil.az" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə "Mizan" məhkəmə informasiya agentliyi məlumat yayıb.

Bildirilib ki, Erfan Şakurzadə peyk fəaliyyəti ilə əlaqəli elmi təşkilatda işləyib. O, məxfi elmi məlumatları xarici xüsusi xidmət orqanlarına ötürməkdə ittiham olunub.

"İran İnsan Hüquqlarını Müdafiə Cəmiyyəti" hüquq müdafiə təşkilatının məlumatına görə, aerokosmik mühəndislik fakültəsinin 29 yaşlı məzunu 2025-ci ildə həbs edilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol