İranda 100-ə yaxın şəxs İsrail xeyrinə casusluqda ittiham olunub
İran Kəşfiyyat Nazirliyi ABŞ və İsrail maraqları naminə fəaliyyət göstərməkdə ittiham olunan 97 nəfəri, o cümlədən cənub-şərqdə 13 “casus”u həbs etdiyini açıqlayıb.
"Stabil.az" xəbər verir ki, bu barədə "Al Jazeera" İranın IRIB telekanalına istinadən məlumat yayıb.
Nazirlik həbs olunanların iğtişaşlar yaratmağa cəhd etdiklərini bəyan edib.
Daha əvvəl İran KİV-ləri hərbi videomaterialların "düşmən" şəbəkələrə ötürülməsinə görə 41 nəfərin saxlanıldığını bildirmişdi.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





