İran Yaxın Şərq ölkələrindəki maliyyə qurumlarını hədəf seçib
Yaxın Şərq ölkələrindəki banklar və maliyyə qurumları İran tərəfindən legitim hədəf elan edilib.
"Stabil.az" Yaxın Şərq KİV-lərinə istinadən xəbər verir ki, bu bəyanatla İranın Birləşmiş Hərbi Komandanlığı çıxış edib.
Məlumata görə, qərar İsrail-ABŞ hava zərbələri nəticəsində Tehranda bank əməkdaşı ilə bağlı insidentin fonunda qəbul edilib. Zərbələr ABŞ və İsraillə əlaqəli maliyyə qurumlarına və banklara endiriləcək.
"Bu qeyri-qanuni və qeyri-ənənəvi müharibə aktı ilə düşmən bizə zərbələr endirmək üçün yaşıl işıq yandırıb", - bəyanatda deyilir.
Hərbçilər öz bəyanatlarında həmçinin mülki əhalini bu cür qurumların bir kilometr radiusunda olmamağa çağırıblar.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





