İran yanvar etirazları ilə bağlı ilk ölüm hökmünü verdi
24 Fevral 2026 17:34   Paylaş

İran İnqilab Məhkəməsi yanvar ayındakı etirazlarda iştirak edən Məhəmməd Abbasi üçün ölüm hökmü çıxarıb.

"Stabil.az" xəbər verir ki, bu barədə “Reuters" ittiham olunan şəxsin ailə üzvlərinə istinadən məlumat yayıb.

O, “Allaha düşmənçilik” ittihamı üzrə təqsirli bilinib.

Abbasi nümayişlər zamanı bir polkovnikin öldürülməsində iştirakda ittiham edilib.

Bildirilir ki, bu, yanvar ayında baş vermiş kütləvi etirazlarla bağlı ilk belə hökmdür.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol