İran XİN: Rafael Qrossi Cenevrə danışıqlarının üçüncü raunduna qatıla bilər
İran və ABŞ arasında Cenevrədə keçirilən danışıqların üçüncü mərhələsində Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossinin iştirak etməsi mümkündür.
"Stabil.az" xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Beqai İranın dövlət telekanalına açıqlaması zamanı deyib.
“Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru çox güman ki, ötən dəfə olduğu kimi, budəfəki danışıqlarda da iştirak edəcək”, - deyə XİN nümayəndəsi bildirib.
Xatırladaq ki, bu gün Cenevrədə Omanın vasitəçiliyi ilə ABŞ və İran arasında Tehranın nüvə məsələsi ilə bağlı danışıqların üçüncü raundu başlayıb. Birləşmiş Ştatların Vitse-prezidenti Cey. Di. Vens fevralın 17-də baş tutan danışıqlarının ikinci raundunda Tehranın danışıqlar zamanı Ağ Ev tərəfindən irəli sürülən bir neçə prinsipial mövqeni qəbul etmədiyini bildirib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





