İran XİN: Pakistan səfərində Əraqçinin ABŞ nümayəndələri ilə görüşü gündəmdə deyil
25 Aprel 2026 10:38   Paylaş

Abbas Əraqçinin Pakistan səfəri zamanı ABŞ nümayəndələri ilə hər hansı görüş nəzərdə tutulmur.

"Stabil.az" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai bildirib.

O, X sosial şəbəkəsində yazıb: “İranla ABŞ arasında heç bir görüş planlaşdırılmır, çünki İranın mövqeyi Pakistana çatdırılacaq”. Bəqai qeyd edib ki, Əraqçi yalnız İslamabadın Yaxın Şərqdəki münaqişənin dayandırılması istiqamətində vasitəçilik səyləri çərçivəsində Pakistanın yüksəkvəzifəli rəsmiləri ilə görüşəcək.

Qeyd edək ki, daha əvvəl “Axios” portalının müxbiri Barak Ravid mənbələrə istinadla ABŞ və İran nümayəndə heyətləri arasında birbaşa danışıqların aprelin 27-də İslamabadda keçirilə biləcəyini bildirmişdi.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol