İran XİN: Etirazlarda 30 min ölüm iddiaları yalandır
İranda etirazlar zamanı 30 000 nəfərin öldüyü ilə bağlı yayılan məlumatlar yalandır.
"Stabil.az"ın xəbərinə görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “CNN Türk” kanalına müsahibəsində bildirib.
Əraqçi qeyd edib ki, dekabrın 28-dən yanvarın 8-nə qədər ölkədə iqtisadi vəziyyətlə bağlı keçirilən etirazlar sülh və qanuni çərçivədə olub və hətta prezident etirazçılarla bəzi məsələlərdə dialoq aparıb.
Lakin nazir vurğulayıb ki, yanvarın 8-dən 10-na qədər hadisələr dəyişib: etirazçılar arasına sızan silahlı şəxslər təhlükəsizlik qüvvələrinə və hətta mülki vətəndaşlara atəş açmağa başlayıblar. Onların ABŞ prezidentinin dəstəyini cəlb etmək niyyətində olduqları bildirilir.
Əraqçi həmçinin etirazlarda ölənlərin rəsmi sayının 3117 nəfər olduğunu və onların 2000-dək nəfərinin şəhid hesab edildiyini açıqlayıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





