İran XİN-dən ABŞ-yə sərt mesaj: Müharibə və sülh vaxtını biz müəyyən edəcəyik
27 İyul 2026 15:27   Paylaş

İran ABŞ-nin müharibə və sülhün vaxtını müəyyənləşdirməsinə imkan verməyəcəyini bildirib.

"Stabil.az" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai həftəlik mətbuat konfransında deyib.

O bildirib ki, İran üçün əsas meyar milli maraqlar və milli təhlükəsizlikdir.

"ABŞ-ın müharibəni idarə etdiyini düşünməsi anlaşılan deyil. İranı qısa müddətdə çökdürəcəklərini hesab edirdilər, lakin bu baş vermədi. Yaranmış vəziyyətə görə məsuliyyəti öz üzərlərinə götürməlidirlər", - deyə Bəqai vurğulayıb.

XİN sözçüsü qeyd edib ki, İran milli maraqlarını və təhlükəsizliyini əsas götürərək qərarlar qəbul edir.

"Biz heç vaxt ABŞ-a müharibə və sülhün vaxtını müəyyən etməyə imkan verməmişik və verməyəcəyik. Milli maraqlarımız tələb etdikdə özümüzü müdafiə edəcəyik. Diplomatiyanın milli maraqlarımızın qorunmasına xidmət etdiyini düşündüyümüz zaman isə bu vasitədən istifadə edəcəyik", - deyə o əlavə edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol