İran XİN Aİ-yə qarşı cavab tədbirləri planlaşdırır
2 Fevral 2026 14:57   Paylaş

İran yaxın günlərdə Avropa İttifaqının (Aİ) İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına daxil etməsinə cavab olaraq tədbirlər görəcək.

“Stabil.az” IRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai brifinq zamanı bildirib.

Onun sözlərinə görə, İran XİN Aİ-nin sözügedən addımları ilə əlaqədar Tehranda akkreditə olunmuş Birlik ölkələrinin bütün səfirlərini XİN-ə çağırıb.

İ.Bəqai qeyd edib ki, ötən gün və bu gün Avropa İttifaqının Tehranda səfirliyi olan üzv dövlətlərin nümayəndələri Xarici İşlər Nazirliyinə dəvət olunub və onlara İranın etirazı yazılı şəkildə təqdim edilib.

“Bu, minimum tədbirdir. Gündəlikdə bir sıra tədbirlər mövcuddur, müxtəlif variantlar hazırlanıb və qərar qəbul edən müvafiq qurumlara göndərilib”, – deyə o vurğulayıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol