İran və Rusiya XİN başçıları regional məsələləri müzakirə ediblər
2 Aprel 2026 22:50   03 Apr 2026 01:28 Paylaş

İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

"Stabil.az" xəbər verir ki, bu barədə A. Əraqçi özünün "Telegram" kanalında məlumat yayıb.

Söhbət zamanı ikitərəfli münasibətlər, regional və beynəlxalq proseslər müzakirə edilib.

Rusiya Xarici İşlər Nazirliyinin isə açıqlamasında deyilir: "Nazirlər Yaxın Şərqdəki yeni münaqişə ilə bağlı hadisələri, bir sıra dövlətlərin gərginliyin azaldılması üçün göstərdiyi səyləri ətraflı müzakirə ediblər və Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi, ABŞ və İsrailin İrana qarşı təcavüzünün digər nəticələrinin aradan qaldırılması yolları ilə bağlı BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələrin gedişi barədə fikir mübadiləsi aparıblar".



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol