İran Silahlı Qüvvələri ABŞ gəmisinə zərbə endirib
6 Aprel 2026 16:35   Paylaş

İran Silahlı Qüvvələri ABŞ-nin “USS Tripoli” (LHA-7) desant helikopterdaşıyan gəmisinə zərbə endirib, nəticədə gəmi cənub istiqamətində geri çəkilib.

"Stabil.az" xəbər verir ki, bu barədə "Al Jazeera" İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Göyərtəsində 5 mindən çox dənizçi və dəniz piyadasının olduğu ABŞ ordusunun "LHA-7" desant helikopterdaşıyan gəmisi də iti və ildırımsürətli zərbələrə məruz qalıb. Bundan sonra o, Hind okeanının cənub hissəsinin dərinliklərinə geri çəkilməyə məcbur olub", - məlumatda bildirilib.

SEPAH daha əvvəl İsraillə əlaqəli olan "SDN7" konteyner gəmisinə zərbələr endirildiyini açıqlamışdı.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol