İran səfiri Müctəba Dəmirçilu Azərbaycan dövlətinə və xalqına təşəkkür edib
2 Mart 2026 13:26   Paylaş

İran İslam Respublikasının hazırkı şəraitdə atdığı addımların beynəlxalq hüquqa uyğun və özünümüdafiə hüququna əsaslandığını bildirən səfir, qarşı tərəfin hücumlarına cavab verməməyin düzgün olmayacağını vurğulayıb.

"Stabil.az" xəbər verir ki, bu sözləri İran İslam Respublikasının ölkəmizdəki səfiri Müctəba Dəmirçilu İranın Azərbaycandakı səfirliyində keçirilən mətbuat konfransında söyləyib.

Səfir Azərbaycan dövlətinə və xalqına minnətdarlığını bildirib: "Azərbaycan bu çətin dövrdə həm rəsmi, həm də qeyri-rəsmi başsağlığı mesajları ilə həmrəylik nümayiş etdirib və öz dəstəyini ifadə edib. Bu, ortaq mədəniyyətimizin və münasibətlərimizin bir göstəricisidir və buna görə təşəkkürümüzü bildiririk.

Mediada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana başsağlığı verdiyini görmüsünüz.

Həmçinin xarici işlər nazirləri arasında da telefon danışığı olub. Ceyhun Bayramov və Seyid Abbas Əraqçi son proseslərlə bağlı fikir mübadiləsi aparıblar. Həmin telefon danışığında Azərbaycanın rəsmi mövqeyi ifadə edilib və qeyd olunub ki, Azərbaycan heç vaxt öz ərazisindən İrana qarşı hər hansı təhdidə yol verməyəcək.

Biz hər zaman buna inanmışıq. Azərbaycanın ən yüksəksəviyyəli rəsmiləri də bu mövqeni açıq şəkildə bəyan ediblər".



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol